Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

29 Sentyabr 2021 10:52
Bəyəndim (2) Bəyənmədim (0)

Nəsib Borçalı

DÜŞÜB

Yaman darıxmışam, sənsiz ay ellər,

Qoynunda yatdığım çişəklər, güllər.

Yumanda gözümü gəl-gəl deyirlər,

Yadıma ağanın bulağı düşüb,

Nehrə yağı, balı, qaymağı düşüb.

***

Bir layla çalardı quşların səsi,

Gözəl Şindi dağı, sərin meşəsi.

Səfalı yaylaqlar cənnət guşəsi,

Yadıma ağanın bulağı düşüb,

Nehrə yağı, balı, qaymağı düşüb.

***

Xəngəl bişər, yığılardı qonaqlar,

Sərt araqdan qızarardı yanaqlar.

Doymayanda yalanardı barmaqlar,

Yadıma ağanın bulağı düşüb,

Nehrə yağı, balı, qaymağı düşüb.

***

Bulaq üstə kəsilərdi quzular,

Söylənərdi necə gözəl arzular.

Düşünməzdik, bu gözəllik pozular,

Yadıma ağanın bulağı düşüb,

Nehrə yağı, balı, qaymağı düşüb.

***

Nəsib Borçalının yurdu, yuvası,

Dərdinə dərmandı təmiz havası.

Qərib yaşamağın yoxdu mənası,

Yadıma ağanın bulağı düşüb,

Nehrə yağı, balı, qaymağı düşüb.

QALIBDI

İkiyə bölünüb bizdə bir ürək,

Yarı səndə, yarı məndə qalıbdı.

Arzudu, çırpınır murazda dilək,

Yarı səndə, yarı məndə qalıbdı.

***

Necə vurar iki qəlbin bir səsi,

Ovsunlayar aşiq olan hər kəsi.

Müqəddəsdi eşqin uca zirvəsi,

Yarı səndə, yarı məndə qalıbdı.

***

Bu sevgimiz dağlar qədər böyükdü,

Qəm, kədər belimdə ağır bir yükdü.

Xoşbəxtliyim tam deyildir,bölükdü,

Yarı səndə, yarı məndə qalıbdı.

***

Dastan yazıb Nəsib sənin adına,

Xoş günləri tez-tez salır yadına.

Necə baxsın de, busənin dadına,

Yarı səndə, yarı məndə qalıbdı.

QOCALIQ

Dəcəl uşaq kimi baxmır sözümə,

Dırmaşır boynuma, çıxır qocalıq.

Əllini keçmişəm, soxur gözümə,

Məni yavaş-yavaş yıxır qocalıq.

***

Qalxdığım zirvəni düşürəm geri,

Cavanlıq çağının görünür yeri.

O idi ömrümün ləli, gövhəri,

Salıbdı toruna sıxır qocalıq.

***

Yaşlanmağı qoymasaqda yaxına,

Tanrım bizi salıbdı bu axına.

Qocalıqda qismət olmur çoxuna,

Boynuna kəfəni salır qocalıq.

***

İştərəm təzədən dönüm geriyə,

Arzularım ayaq aça, yeriyə.

Nəsibin heyranı, nazlı pəriyə,

Boylanır uzaqdan, baxır qocalıq

Nüyvər Şərifova

EY YARADAN

Mən insana necə heyvan deyim ki,

Heyvanlarda vəfa,etibar olur.

İnsan oğlu şeytan kimi hiyləli,

Bu nə işdi, iblis ixtiyar olur?

***

Nədir görən fəndgirliyin sonluğu?

Bəlkə də ki, cəhənnəm carçısıdı.

Bəlkə enib hansısa planetdən,

Bəlkə çatıb yer üzünün sonluğu?

***

Kim bilir ki, bu bəlalar nədəndi?

Bəndə kimdi,Allah hökmü yanında.

Neyləyər ki,ya cansızı, canlısı,

İstəyərmi şeytan gəzsin canında?

***

İxtiyarlı olan kimidi, bilirik,

“Ol” əmriylə biz dünyaya gəlirik.

Öl dedikdə, ölməyəni görmədi,

Yarpaq kimi,biz də həmən ölürük.

***

Ailədə ata səfil, səfehsə,

Tərbiyəsi,gələcəyi çi fayda.

Allah özün yaratdığın nə imiş?

Mənlər yaxı olsaq belə nə fayda?

***

Ey Yaradan, tiplərini çək apar,

İstəmirsən, yaratma heç varlığı.

Sevib verdin bizlərə sən bu ömrü,

Bəs nə üçün çəkdirirsən darlığı?

***

Sevdim səni, candan əziz, ürəkdən,

Nəyim əskik ya hürüdən, mələkdən?

İstəmirsən yaratdığın bəndəni,

Birdəfəlik daşları tök ətəkdən.

***

Qəstinnədi,qərəzin nə,məqsəd nə?

Bezmədinmi bəlaları yağdıra?

Pənahımız,imdadımız,yarımız,

Bu orbitdən çıxıb gedibsən hara?

MÜHARİBƏ OLMASIN

Sülhə gəlin insanlar,

Müharibə olmasın.

Nə analar, bacılar,

Gözü yaşlı qalmasın.

***

Gül açsın bütün torpaq,

Göyərsin yaşıl yarpaq.

Şənlənək birgə olaq,

Müharibə olmasın.

***

Göylərdən nur ələnsin,

Şux dağlar lalələnsin.

Dünya sülhə bələnsin,

Müharibə olmasın.

***

Bulanmasın bulaqlar,

Qaralmasın ocaqlar.

Belə istər uşaqlar,

Müharibə olmasın.

***

Silahları yandırın,

Atəşləri dondurun.

Ey zalımlar, dinc durun,

Müharibə olmasın.

MƏHƏBBƏTDİ EŞQİN PİRİ

Mən qaçıram sənə sarı,

Sən də mənə dön, bir barı.

Ömür keçir, tələs bir az,

Can söykəyək yarı-yarı.

***

Onsuz vardı dedi-qodu,

Sevən çəkər cana odu.

Paxılların dili durmaz,

Həyat özü ekran-şoodu.

***

Öz yolunu tutub yeri,

Məhəbbətdi eşqin piri.

Tənha qalmaq cəhənnəmdi,

Yanar canlar diri-diri.

***

Güvənc olsa yar-yarına,

Baxmaz dünya mülk-varına.

Doğru yola çıxsa insan,

İşıq düşər yollarına.

***

Gəl tut bərk-bərk əllərimdən,

Sevim səni lap dərindən.

Mən bir günəş şöləsiyəm,

Qopar sevda göylərindən.

***

Alaq sağkənzöv səfası,

Sevənlərin var cəfası.

İnan, gözün bulaq olar

Ellər tutsa mənə yası.

Hazırladı: Isa Ravan