Ərdoğan və Obamanın telefon danışığı

Ərdoğan və Obamanın telefon danışığı

26 Aprel 2011 11:17
885
Bəyəndim (0) Bəyənmədim (0)

Baş nazir Rəcəb Tayyib Ərdoğanla "Ağ ev" rəhbərliyi arasında telefon danışığı oldu. Əsas mövzu Liviya idi. Liderlərin telefon danışığından sonra ortaq məxrəcə gəldikləri fikir budur: "Liviyada vətəndaşlara qarşı hücumlar sona çatmalıdır. Liviya xalqının rahat nəfəs alması üçün Müəmmar Qəddafi iqtidardan ayrılmalı və ölkəni birdəfəlik tərk etməlidir."

Bundan başqa, Rəcəb və Obama Suriyanı da yaddan çıxarmadılar: "Suriya hökuməti müharibəyə və işgəncələrə dərhal son verməlidir. Suriya vətəndaşlarının demokratik arzularını əks etdirən mənalı islahatları dərhal həyata keçirtmək lazımdır."


Vay o gündən ki, sənin taleyini başqaları həll edir...


Günel Həbib


O.M.