ABŞ-Rusiya münasibətləri  daha da pisləşəcək

ABŞ-Rusiya münasibətləri daha da pisləşəcək

5 Mart 2021 09:33
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-Rusiya münasibətləri Soyuq Müharibənin bitməsindən bəri ən aşağı səviyyədədir və ehtimal ki, daha da pisləşəcək.

Oxuməni.az xəbər verir ki, bunu ABŞ Prezidentinin siyasi məsələlər üzrə məsləhətçisi vəzifəsinə namizəd Kolin Kol deyib.

"Rusiya davranışlarını Vaşinqtonun fikirlərinə uyğun olaraq dəyişdirməsə, bu münasibətlər pisləşməyə davam edəcək. Moskvanın beynəlxalq aləmdə qəbul edilən normalara qayıtması iki ölkə arasındakı münasibətlərin davamlı inkişafı üçün şərtdir", - Kol söyləyib.

O qeyd edib ki, Rusiya iqtisadi sahə daxil olmaqla, bir çox mövqeyini itirib:

"Rusiya öz enerji qaynaqlarına çox güvənir. İqtisadiyyatının, demoqrafik göstəricilərinin bir çoxu Moskvanın əlində deyil. Bu isə Rusiyanı daha təhlükəli edir".

Oxuməni.az