ABŞ-dan Türkiyəyə qarşı çirkin planlar: Yunan-rumın və bolqar ssenarisi...

ABŞ-dan Türkiyəyə qarşı çirkin planlar: Yunan-rumın və bolqar ssenarisi...

22 Fevral 15:59
55
Bəyəndim (0) Bəyənmədim (0)

Lozanna razılaşması ilə paralel olaraq hərbi fəaliyyətin dayandırıldığı Dədəağac bölgəsi Yunanıstan tərəfindən ABŞ-ın üzünə açılması ilə yenidən gündəmə gəlib.

Oxuməni.az xəbər verir ki, Türkiyə sərhədindən 20 kilometr uzaqlıqda iki ölkənin razılaşması çərçivəsində ABŞ-ın dəniz bazası təsis edilib.

Məsələ ilə bağlı Teleqraf.com yazır ki, Dədəağaca ABŞ-ın hava desant diviziyasına aid “Skorsky” helikopterləri ilə hərbi avtomobillər və ləvazimatlar endirilib. Bazanın açılış mərasimində Yunanıstan Müdafiə naziri Nikoalaos Panagiotopoulos və ABŞ-ın Afindakı səfiri Goeffrey Pyatt çıxış edib. ABŞ buradan Bolqarıstan və Rumıniyadakı bazaları ilə əlaqə quraraq türk boğazlarından yan keçməyə, alternativ yaratmağa çalışacaq. Yunanıstanın “Kathimering” qəzeti bazanın açılmasına dair xəbərdə ABŞ-ın Çanaqqala və digər boğazlara alternativ yol əldə etmək üçün Yunanıstanın şimalındakı liman şəhərlərinə infrastruktur sərmayələri qoyduğunu iddia edib. Ötən həftələrdə hər iki ölkə arasında ortaq təlimlərin ardınca ABŞ-a aid 30 ədəd “Black Havk” hücum helikopterinin Dədəağacdakı baza üçün ayrıldığı açıqlanıb.

Yunanıstan Türkiyə ilə məsləhətləşmə görüşmələri həyata keçirməklə paralel olaraq ABŞ-la ortaq hərbi təlimləri sürətləndirmişdi. Yunan mediasının yazdığına görə, ötən gecə ABŞ ordusuna aid 145 helikopter və yüzlərlə hərbi avtomobil, ləvazimatlar gətirilib və onlar “Defender Europe-2021” adlı təlimlərdə istifadə olunacaq. Yunan mediası bu təlimlərdən savayı ABŞ və Yunanıstan ordularının Dədəağac və İskeçedə müstəqil təlimlər keçirəcəyini iddia edir. “Endurance” adlı böyük yük gəmisi də Dədəağac limanına gətiriləcək və təlimlərdə istifadə olunacaq.

“Endurance” ilə Dədəağac limanına gələcək və orta, şərqi Avropada yerləşdiriləcək helikopter və hərbi avtomobillərin sayı:

110 ədəd Black Havki helikopterləri.

25 ədəd AH-64 Aphache hücum helikopterləri.

10 CH-47 Chinook tipli ağır yük helikopterləri.

İçində tanklar daxil olmaqla 1800 ədəd müxtəlif hərbi-zirehli texnika.