Bəşər Əsəd Kofi Annanla bağlı qapılar arxasında danışıqlar aparır

Bəşər Əsəd Kofi Annanla bağlı qapılar arxasında danışıqlar aparır

29 May 2012 14:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Suriya prezidenti Bəşər Əsəd BMT və Ərəb Dövlətləri Liqasının xüsusi elçisi Kofi Annanla bağlı qapılar arxasında görüşüb. İnterfax-ın məlumatına görə, görüşün təfərrüatı haqda məlumat verilmir. Qeyd edək ki, həmin gün xüsusi elçi Dəməşqdə Suriyanın Xarici İşlər naziri Valid Muallimlə görüşmüşdü. Analitiklərin fikrincə, beynəlxalq müşahidəçilər Bəşər Əsədi vəzifəsindən getməyə razı salmağa çalışırlar. O isə bu haqda düşünmək belə istəmir. Bununla belə, radikal müxalifətdə olan bəzi simaların iqtidara gətirilməsi məsələsini müzakirə etməyə razıdır.

O.M.