İrəvanda səfərdə olan azərbaycanlı deputat Ermənistanı işğalçı adlandırdı

İrəvanda səfərdə olan azərbaycanlı deputat Ermənistanı işğalçı adlandırdı

23 May 2012 17:04
Bəyəndim (0) Bəyənmədim (0)

"Bütün ölkələrlə əməkdaşlıq etməyə hazırıq, lakin nə qədər ki Azərbaycan torpaqları işğal altındadır, Ermənistanla əməkdaşlıq etməyəcəyik". APA-nın "Novosti-Armenia"ya istinadən yaydığı məlumata görə, bu fikirləri QDİƏT Parlament Assambleyasının 39-cu plenar sessiyasında iştirak etmək üçün İrəvana gedən Azərbaycan Milli Məclisinin üzvü Asəf Hacıyev jurnalistlərə açıqlamasında söyləyib. Asəf Hacıyev bildirib ki, Ermənistanla hər hansı əməkdaşlıqdan söhbət gedə bilməz: "Düşünürəm ki, sizin yeni rəhbərliyinin bu məsələyə qeyd etdiyim nöqteyi-nəzərdən yanaşmalı, işğal altında saxladıqları torpaqları azad etməlidir. Yalnız bundan sonra Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində status verilə, bütün kommunikasiyalar bərpa oluna bilər".

Xatırladaq ki, QDİƏT Parlament Assambleyasının 39-cu plenar sessiyasında Azərbaycan Milli Məclisinin üç nəfərlik nümayəndə heyəti iştirak edir.

O.M.