Aİ Azərbaycanla yeni tərəfdaşlıq sazişi imzalamaq istəyir

Aİ Azərbaycanla yeni tərəfdaşlıq sazişi imzalamaq istəyir

19 Dekabr 2020 09:29
52
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqı (Aİ) Azərbaycanla qaz tədarükü də daxil olmaqla, yeni tərəfdaşlıq sazişi imzalamaq, həmçinin Dağlıq Qarabağdakı nizamlanma prosesində iştirak etmək istəyir.

Oxuməni.az xəbər verir ki, bu barədə Aİ-nin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Cozef Borel Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclasından sonra bəyan edib.

"Avropa İttifaqı Azərbaycanla demokratiyaya, insan hüquqlarına və fundamental azadlıqlara riayət olunmasına əsaslanan əməkdaşlıq üzrə yeni hərtərəfli saziş bağlamaq istəyir. Bu Azərbaycan iqtisadiyyatının diversifikasiyasına və bizim ticarət əlaqələrimizin inkişafına, həmçinin əməkdaşlığımızın ən geniş formada inkişafına imkan yaradacaq", - Borel bildirib.

Öz növbəsində Aİ-nin Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi Avropa İttifaqının Azərbaycanla qaz sahəsində əməkdaşlığın inkişafında marağını vurğulayıb. O, növbəti dəfə xatırladıb ki, rəsmi Brüssel cari ilin sonuna kimi Azərbaycandan Cənub Qaz Dəhlizi üzrə qazın birinci tədarükünü gözləyir. Oliver Varhelyi qeyd edib ki, Brüssel qaz nəqliyyat layihəsini Qərbi Balkanlara kimi uzatmaq imkanını araşdırır.

Murad Şahməmmədov