Qalustyan: Ermənilər və ölkə rəhbərliyi anlamalıdır ki, Rusiyanın müttəfiqi olmaq olmaz

Qalustyan: Ermənilər və ölkə rəhbərliyi anlamalıdır ki, Rusiyanın müttəfiqi olmaq olmaz

18 Noyabr 2020 16:03
Bəyəndim (0) Bəyənmədim (0)

Antirusiya mövqeyi ilə seçilən erməni siyasi şərhçisi Qraçya Qalustyan növbəti məqaləsində İsraili də “iynələmək” imkanını əldən verməyib.

Oxuməni.az xəbər verir ki, Qalustyan Rusiya Prezidenti Vladimir Putinin Rusiyanın ermənilərə həyasız və rəzil xəyanətindən sonra xeyriyyəçi rolunu təqlid etdiyini bildirib.

“Hazırda ermənilərin əsaslı narazılığı Azərbaycanı ölümcül dronlar və digər müasir silahlar ilə təchiz edən İsrailə yönəldilib”, - deyə icmalçı düşmənləri üzdən tanımağın zəruri olduğunu bildirərək yazlb.

O, eyni zamanda rusların tezliklə ölməyini, Rusiyanın isə yaxın gələcəkdə dövlətçiliyinin itirilməsini arzulayıb:

“Rusiya çökəndə - bu qaçılmazdır - Ermənistan rəhbərliyi də rus mülki əhalisinə “yardım göstərməyə hazır olduğunu” bəyan edəcək”.

Qalustyanın fikrincə, ermənilər və ölkə rəhbərliyi anlamalıdır ki, Rusiyanın müttəfiqi olmaq olmaz.

Oxuməni.az