Ermənistan hökumətini dinc Azərbaycan şəhərlərinə  terrorçu raket zərbələrinə görə günahlandıran olmadı

Ermənistan hökumətini dinc Azərbaycan şəhərlərinə terrorçu raket zərbələrinə görə günahlandıran olmadı

18 Noyabr 2020 09:28
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistana heç kim xəyanət etməyib və hər şeyi Paşinyanın çiyninə yükləmək lazım deyil. Azərbaycana qarşı müharibədə Ermənistanın düzgün qurulmuş HHM sisteminin olmaması, personalın zəif hazırlanması və bəzi növ müasir silahların çatışmazlığı öz rolunu oynadı.

Oxuməni.az xəbər verir ki, bu fikri Rusiyanın “Vətən arsenalı” jurnalının hərbi şərhçisi Dmitri Drozdenko bildirib.

Onun sözlərinə görə, Qarabağ hadisələri nəticə çıxarmaq üçün əsasdır:

“Müdafiə vasitələri inkişaf edəcək. Texnologiya bir yerdə qərar tutmur, daim hərəkətdədir. Bu, əsrlər boyu belə olub”, - deyə ekspert bildirib.

O əlavə edəb ki, hazırda Ermənistanda döyüş sahəsindəki bütün uğursuzluqlar və işğal olunmuş Azərbaycan əraziləri üzərində nəzarətin itirilməsində Nikol Paşinyan günahlandırılır. Nədənsə, heç kim Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələrini cəmi 44 gündə necə məhv etdiyindən danışmaq istəmir. Müharibə zamanı Paşinyanın axmaq çığır-bağırını ictimai şəkildə dəstəkləyənlər barədə də heç kim danışmır. Ermənistan hökumətini dinc Azərbaycan şəhərlərinə (Gəncə, Bərdə, Terter) terrorçu raket zərbələrinə görə günahlandıran da olmadı. Əksinə, o zaman bütün erməni ictimaiyyəti Paşinyanın bu nasist yanaşmasını dəstəklədi. Ancaq Azərbaycanın yumruğu Ermənistanın ağzının üstünə gələn kimi hamı Nikola lənət etməyə və Rusiyanın onlara xəyanət etdiyini israrla deməyə başladı.

Həmid