Gizli danışıqlar hərbi əməliyyatlar başlanmazdan əvvəl başlanıb

Gizli danışıqlar hərbi əməliyyatlar başlanmazdan əvvəl başlanıb

17 Noyabr 14:12
211
Bəyəndim (0) Bəyənmədim (0)

Gizli danışıqlar hərbi əməliyyatlar başlanmazdan əvvəl başlanıb. Üçtərəfli Bəyanatın məzmunu, həmçinin ona daxil olan çoxsaylı bəndlər onu göstərir ki, bağlı qapılar arxasında dördtərəfli – Ermənistan-Rusiya-Azərbaycan-Türkiyə arasında kifayət qədər intensiv danışıqlar prosesi həyata keşirilib.

Oxuməni.az xəbər veriri ki, bu barədə rusiyalı politoloq Stanislav Tarasov “168.am” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiyada müharibənin gedişatı təhsilli hərbi ekspertlər tərəfindən diqqətlə izlənilib:

“Bir çox suallar ortaya çıxdı. Deyəsən, müharibənin son mərhələsində erməni tərəfi nələrisə yanlış edib.

İndi hamı başa düşür ki, Paşinyanın gələcəyi yoxdur, amma beynəlxalq ictimaiyyət Ermənistanda dövlət çevrilişinin baş verməsini istəmir. Məsələ erkən parlament seçkiləri yolu ilə demokratik şəkildə həll olunmalıdır ki, ermənilər öz liderlərini seçsinlər. Ancaq Ermənistanda belə bir liderin olması sual doğurur”.

Ekspert Rusiya hərbçilərinin çox şeyi bildiklərini, ancaq ermənilərə zərər vermək istəmədiklərinə görə susduqlarını da vurğulayıb.

Murad Şahməmmədov