Günün fotosu
Günün videosu
Şərhsiz
17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür

17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür

17 Noyabr 10:48
196
Bəyəndim (1) Bəyənmədim (0)

17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür.

Oxuməni.az xəbər verir ki, bu günün tarixi 1988-ci ilin 17 noyabrında başlayan “Meydan hərəkatı” ilə bağlıdır.

Məhz həmin gün Azadlıq (o vaxtkı Lenin) meydanına toplaşan yüz minlərlə insan rəsmi Moskvanın Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib və ən yeni tariximizdə “Meydan hərəkatı” adlanan prosesin əsası qoyulub.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi “Meydan hərəkatı”nın əsasını qoyub. Moskvanın və yerli hakimiyyət orqanlarının yarıtmaz siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq 1988-ci il noyabrın 17-də Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başlayıb. 17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan “Meydan hərəkatı”nın mühüm rol oynadığını qeyd edirlər. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, milli azadlıq hərəkatının qarşısını ala bilmədi və 17 günlük “Meydan hərəkatı” Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olundu.

Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən iş günü sayılır.

Bu il isə... bu bayramın 32-ci ildönümü xüsusi fərəh və qürur hissi ilə qeyd olunacaq. Belə ki, uzun illər erməni silahlı qüvvələrinin tapdağı altında olan Azərbaycan əraziləri işğaldan azad edilib. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar zamanı dogma torpaqlarımız düşmən tapdağından qurtulub.

Həmid