Peskov: "Hərbi qüvvələrini Azərbaycana göndərməsi Türkiyənin daxili işidir"

Peskov: "Hərbi qüvvələrini Azərbaycana göndərməsi Türkiyənin daxili işidir"

16 Noyabr 2020 14:50
Bəyəndim (1) Bəyənmədim (0)

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycana hərbi personal göndərilməsi haqqında fərman layihəsinin Türkiyə parlamentinə təqdim edilməsi respublika qanunvericiliyində nəzərdə tutulmuş daxili prosedurdur”.

Oxuməni.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Xatıqladaq ki, Anadolu agentliyi Türkiyə Prezidenti Tayyib Ərdoğanın türk hərbi qüvvələrinin Azərbaycana göndərilməsi ilə bağlı qətnamə layihəsini respublika parlamentinə göndərdiyini bildirmişdi.

“Fakt budur ki, Azərbaycan ərazisində bir monitorinq mərkəzi də olacaq, türk hərbçiləri oraya göndərilməlidir. Burada daxili prosedurların həyata keçirilməsi, Türkiyə Respublikasının daxili qanunvericiliyində nəzərdə tutulmuş prosedurlardan söhbət gedir. Bu, Türkiyənin daxili işidir”,- deyə Peskov qeyd edib.

“Azərbaycanda ortaq bir monitorinq mərkəzinin yaradılması ilə bağlı razılaşmalara gəlincə, bu, Rusiya ilə Türkiyə arasındakı ikitərəfli razılaşmanın məhsuludur”, - Kremlin sözçüsü əlavə edib.

Rüfət