Sülhməramlıların xərclərini Rusiya özü qarşılayacaq

Sülhməramlıların xərclərini Rusiya özü qarşılayacaq

12 Noyabr 2020 16:56
Bəyəndim (2) Bəyənmədim (0)

Dağlıq Qarabağda yerləşdiriləcək Rusiya sülhməramlılarının xərcləri Rusiya hökuməti tərəfindən qarşılanacaq.

Oxuməni.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Vladimir Putininin imzaladığı fərmanda deyilir.

Qeyd olunur ki, hərbçilərin, eləcə də onların ailə üzvlərinin maddi təminatı, digər xərclər və təzminatlar Rusiya hökuməti tərəfindən təmin olunur.

Xatırladaq ki, Vladimir Putin Dağlıq Qarabağda sülhün dəstəklənməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Rusiya Prezidenti ildə iki dəfədən az olmayaraq Azərbaycandakı sülhməramlıların rotasiyasının keçirilməsi ilə bağlı Müdafiə Nazirliyinə tapşırıq verib.

Oxuməni.az