Paşinyandan  mümkün həll yollarının müzakirəsi tələb edilir

Paşinyandan mümkün həll yollarının müzakirəsi tələb edilir

5 Noyabr 2020 15:49
Bəyəndim (11) Bəyənmədim (0)

Erməni ziyalılarının 70 nümayəndəsi baş nazir Nikol Paşinyan və xalqa müraciət edib.

Oxuməni.az xəbər verir ki, ziyalılar baş nazirə konkret təkliflər təqdim ediblər. Onlar Ermənistan qanunvericiliyində nəzərdə tutulmuş və aydın səlahiyyətlərə malik xüsusi bir hərbi-siyasi qurumun yaradılması da daxil olmaqla, bütün mümkün həll yollarını müzakirə etmək tələbi irəli sürüblər.

Xatırladaq ki, bir neçə həftə əvvəl Ermənistanda 16 parlamentdənkənar partiya da hərbi-siyasi qərargahın yaradılması təklifi ilə çıxış etmişdilər. Lakin bu təklif hələ də cavabsız qalır. Bu prosesdə “Daşnaktsütyun” Partiyası lokomotiv rolunu oynayır. Ziyalıların müraciətinin mətni də"Daşnaksütyun"un Ali Qurumunda yazılıb. Lakin ölkə rəhbərliyi və müxalifətin əsas siyasi qüvvələri buna qoşulmaqdan imtina ediblər. Təklif olunan məsələlər, o cümlədən Dağlıq Qarabağda Ermənistanın əleyhinə çevrilən durumla bağlı tərəflər arasında yekdil mövqenin olmadığı bildirilib.

Keçmiş hakim partiyanın mətbuat katibi Eduard Şarmazanov belə bir birliyin və səfərbərliyin mümkün olmadığını bildirib. Parlamentdəki “Çiçəklənən Ermənistan” fraksiyası isə Qarabağdakı məğlubiyyətə görə Nikol Paşinyanın liderlik etdiyi Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını açıqlayıb.

Oxuməni.az