Hulusi Akar: “Haqlı mübarizəsində bütün imkanlarımızla sona qədər Azərbaycanın yanındayıq"

Hulusi Akar: “Haqlı mübarizəsində bütün imkanlarımızla sona qədər Azərbaycanın yanındayıq"

28 Oktyabr 2020 13:31
Bəyəndim (5) Bəyənmədim (0)

Türkiyənin müdafiə naziri Hulusi Akar növbəti dəfə Azərbaycanın Qarabağda apardığı azadlıq savaşını dəstəkləyib, qardaş ölkənin bütün imkanları ilə bu mübarizədə Azərbaycanın yanında olacağını bildirib.

Oxuməni.az xəbər verir ki, Hulusi Akar Azərbaycanı heç vaxt tək qoymayacaqlarını deyib.

“Haqlı mübarizəsində bütün imkanlarımızla sona qədər Azərbaycanın yanındayıq. Regional və qlobal münaqişələrin dərinləşdiyi bu həssas vaxtda kiprli və azərbaycanlı qardaşlarımız başda olmaqla, bütün dost və qardaşlarımızın haqlı mübarizələrində bütün imkanlarımızla sona qədər yanlarındayıq”, -Hulusi Akar 29 oktyabr – Türkiyənin Respublika günü münasibətilə müraciətində Türkiyə Müdafiə Nazirliyinin Twitter səhifəsində yerləşdirilmiş bəyanatında vurğulayıb.

Oxuməni.az