Rusiyalı hərbi ekspert: Azərbaycan Qarabağda hərbi üstünlüyünü sübut etdi

Rusiyalı hərbi ekspert: Azərbaycan Qarabağda hərbi üstünlüyünü sübut etdi

13 Oktyabr 2020 11:34
Bəyəndim (0) Bəyənmədim (0)

Hərbi ekspert, ehtiyatda olan polkovnik Mixail Xodarenok "Vladimir Solovyovla Bazar axşamı" proqramında Azərbaycan silahlı qüvvələrinin Dağlıq Qarabağ eskalasiyası zamanı əldə etdiyi son uğurları yüksək qiymətləndirib.

Oxuməni.az russian rt-yə istinadən xəbər verir ki, ekspert açıq şəkildə etiraf edib ki, Ermənistan silahlı qüvvələri məğlub duruma düşüb və Azərbaycan Ordusunun hücumlarının qarşısını almaqda acizlik göstərirlər. Maraqlıdır ki, hələ münaqişənin lap başlanğıcında həmin Mixail Xodarenok bunun tam əksini bildirirdi, onda o, azərbaycanlıların döyüş bacarığına şübhə edirdi. Bir neçə gün sonra o, faktiki olaraq, haqlı olmadığını etiraf etməyə məcbur oldu.

"Dağlıq Qarabağdakı münaqişəyə gəlincə, onu yalnız sırf hərbi mövqelərdən qiymətləndirmək mümkün deyil. Bu münaqişə nə göstərdi? Əgər 1992-93-cü illərdə Azərbaycan ordusu təsadüfi adamlar, o cümlədən müdafiə naziri də daxil olmaqla ali hərbi rəhbərlik idisə, indi vəziyyət tam dəyişib. Mən şəxsən Azərbaycanın bəzi birləşmələrinin döyüş bacarığına şübhə edirdim, amma səhvim olub. Onlar bu gün nail ola bilmədikləri şeyləri mütləq gələcəkdə həll edəcəklər. Əlbəttə, indi yaxşı haldır ki, lokal atışmalar olsa da, atəşkəs haqqında saziş bağlanmışdır, bununla belə, məsələ həll edilməyib. Bu mərhələdə bütün üstünlüklər, strateji təşəbbüs Azərbaycan tərəfindədir və gec-tez o, öz dövlətinin ərazi bütövlüyünü bərpa etməyə başlayacaqdır. O vaxta qədər onun silahlı qüvvələri ancaq güclənəcəkdir. Orada bütün səviyyələrdə lazımi seleksiya və komanda heyəti keçiriləcək və tamamilə başqa səviyyədə növbəti dəfə döyüş və əməliyyat hazırlığı ilə məşğul olacaqlar. Onların müasir silah almaq üçün vəsaitləri vardır, ən başlıcası isə onların regional planda güclü müttəfiqi vardır. Ermənistan tərəfinə gəldikdə isə, təəssüf ki, bütün vektorlar mənfi xarakter daşıyır. Mən erməni liderlərinin bəzilərini ağıllandırmaq imkanını tam olaraq istisna edirəm. Bunu yalnız istefalarla, müalicə etmək olar. Ermənistanda bütün hallarda xarici siyasət kursuna və onun məzmununa yenidən baxmaq lazımdır".

Emin Axund