Rəsmi Bakı Rusiya XİN-in Qarabağakı əcnəbi muzdlular haqda bəyanatına cavab verdi

Rəsmi Bakı Rusiya XİN-in Qarabağakı əcnəbi muzdlular haqda bəyanatına cavab verdi

1 Oktyabr 2020 09:19
Bəyəndim (2) Bəyənmədim (0)

“Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin münaqişə zonasına xarici muzdluların gətirilməsi ilə əlaqədar verdiyi açıqlamaya münasibətdə bildirmək istərdik ki, Ermənistanın bu kimi vasitələrdən geniş istifadə etməsi ilə bağlı narahatlığımız tərəfimizdən dəfələrlə ifadə olunub”.

Oxuməni.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin açıqlamasında belə deyilir.

“Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğalı zamanı, eləcə də ölkəmizə qarşı törətdiyi növbəti təcavüz aktlarında xarici ölkələrdən, xüsusilə də Yaxın Şərq bölgəsindən terrorçu və muzdluları cəlb edib.

Ermənistanın son aylar ərzində ölkəmizin işğal olunmuş ərazilərində həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasəti çərçivəsində xarici muzdluları bu əraziyə gətirməsi və “könüllü döyüşçü dəstələri” adı altında öz ordusuna cəlb edərək Azərbaycana qarşı hücum əməliyyatlarında istifadə etməsi terrorçuluğun Ermənistanın dövlət siyasətinin tərkib hissəsi olduğunu növbəti dəfə nümayiş etdirir”, - deyə açıqlamada bildirilib.

Xatırladaq ki, bundan əvvəl Rusiya XİN bəyan etmişdi ki, Moskva qanunsuz silahlı birləşmələrin yaraqlılarının Dağlıq Qarabağ münaqişəsi zonasına köçürülməsindən narahatdır.

"Rusiya tərəfinin məlumatına görə, Dağlıq Qarabağ münaqişəsi zonasına qanunsuz silahlı birləşmələrin yaraqlılarının köçürülməsi həyata keçirilir",-deyə məlumatda bildirilirdi.

Oxuməni.az