Paşinyan Merkelə zəng edərək ondan kömək istəyib

Paşinyan Merkelə zəng edərək ondan kömək istəyib

29 Sentyabr 2020 08:37
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın baş naziri Nikol Paşinyan və Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub.

Oxuməni.az TASS-a istinadən xəbər verir ki, tərəflər Dağlıq Qarabağdakı son hadisələri müzakirə ediblər. Söhbətdə Nikol Paşinyan Merkelə həyasızcasına Azərbaycanın "təcavüzündən" şikayətlənib. O, guya Artsaxın (Azərbaycanın Dağlıq Qarabağ bölgəsi) Azərbaycanın təcavüzünə məruz qaldığını deyərək Merkeldən münaqişənin dayandırılmasına kömək etməyi xahiş edib. Merkel isə Qarabağ münaqişəsinin sülhdən başqa həll yolu olmadığını qeyd edib. O deyib ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar bərpa edilməlidir.

Oxuməni.az