Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb

Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb

27 Sentyabr 2020 15:22
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Xarici İşlər Nazirliyi Qarabağda bu gün səhərdən başlayan döyüşlər barədə bəyanat yayıb.

Oxuməni.az xəbər verir ki, Türkiyə XİN münaqişə zonasında vəziyyətin növbəti dəfə kəskinləşməsinə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bəyan edir.

“Ermənistanın bu təxribatını qəti şəkildə pisləyirik. Bu təxribat beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır və mülki əhali arasında itkilərə gətirib çıxarıb”,-bəyanatda bildirilir.

Oxuməni.az