Minskdə müxalifət tərəfdarlarının icazəsiz “Qadın yürüşü” aksiyası keçirilib

Minskdə müxalifət tərəfdarlarının icazəsiz “Qadın yürüşü” aksiyası keçirilib

26 Sentyabr 2020 22:44
Bəyəndim (2) Bəyənmədim (0)

Belarusun paytaxtı Minskdə müxalifət tərəfdarlarının icazəsiz “Qadın yürüşü” aksiyası keçirilib.

Oxuməni.az xəbər verir ki, aksiya Qələbə meydanına təyin olunsa da, bu barədə sosial şəbəkələrdə məlumat yayılandan sonra səhər saatlarından ərazini milis əhatələyib, təhlükəsizlik tədbirləri gücləndirilib.

Bunun ardınca etirazçılar Komarovsk bazarı istiqamətində toplaşmaq istəyiblər, lakin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar. Bir qrup isə Müstəqillik prospekti ilə hərəkət edib, amma onlar da milis qüvvələrindən yayına bilməyib.

Aksiya iştirakçıları daha bir neçə istiqaməti sınaqdan keçirməyə cəhd etsələr də, Qələbə meydanına gedə bilməyiblər.

Yürüşdə bir neçə yüz qadının iştirak etdiyi bildirilib.

Oxuməni.az