Ukrayna Belarus və Rusiya əməkdaşlığını təhlükəli  hesab edir

Ukrayna Belarus və Rusiya əməkdaşlığını təhlükəli hesab edir

26 Sentyabr 2020 12:37
Bəyəndim (1) Bəyənmədim (0)

Kiyev Belarus prezidenti Aleksandr Lukaşenko ilə Rusiya arasında əməkdaşlığın möhkəmləndirilməsində özü üçün dəhşətli riskləri görür.

Oxuməni.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu YouTube-nin efirində gedən "Savik Şusterin söz azadlığı" şousunda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib:

"Aleksandr Lukaşenko öz seçimini etdi. O, Rusiyanı, Vladimir Putini seçdi. Bu qarşıdurma deməkdir ".

Diplomat qeyd edib ki, Kiyev Belarusa münasibətini onun seçiminə uyğun formalaşdırır.
"Biz başa düşürük ki, əgər Lukaşenko Rusiyanı seçibsə, demək bizim üçün risklər çox yüksəkdir", - deyə Kuleba vurğulayıb

Oxuməni.az