Birləşmiş Millətlər Təşkilatının xəbər portalında Azərbaycan Prezidentinin nitqinin xüsusi xəbər formasında verilməsi tarixi hadisədir

Birləşmiş Millətlər Təşkilatının xəbər portalında Azərbaycan Prezidentinin nitqinin xüsusi xəbər formasında verilməsi tarixi hadisədir

25 Sentyabr 2020 14:57
Bəyəndim (3) Bəyənmədim (0)

Birləşmiş Millətlər Təşkilatının xəbər portalında Azərbaycan Prezidentinin nitqinin xüsusi xəbər formasında verilməsi həm Qoşulmama Hərəkatının sədri, həm də Azərbaycan Respublikasının Prezidenti kimi İlham Əliyevin tarixi çıxışının əhəmiyyətinin göstəricisidir.

Oxuməni az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov BMT-nin xəbər portalında Azərbaycan Prezidentinin nitqinin xüsusi xəbər formasında verilməsindən danışarkən deyib. Millət vəkili bildirib ki, həm Birləşmiş Millətlər Təşkilatı, həm də Qoşulmama Hərəkatı mühüm beynəlxalq qurumlardır:

“Ölkə Prezidenti BMT-yə müraciətində bütün dünyaya bəyan etdi ki, Ermənistan faktiki olaraq müharibəyə hazırlaşır. Ermənistanın aqressiv siyasəti yalnız region üçün yox, bütün dünya üçün böyük bir təhlükədir. Bu vacib bir ismarışdır. Ölkə başçısının bu nitqi çox ciddi bir hadisədir. Hesab edirəm ki, bu çıxış ciddi təhlil tələb edir”.

Oxuməni.az