Navalnı ilə bağlı ABŞ tərəfindən  Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilə bilər

Navalnı ilə bağlı ABŞ tərəfindən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilə bilər

25 Sentyabr 2020 09:12
Bəyəndim (1) Bəyənmədim (0)

Aleksey Navalnı ilə bağlı ABŞ tərəfindən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilə bilər.

Oxuməni.az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bir qrup ABŞ senatoru Aleksey Navalnı ilə yaşanan insidentlə bağlı Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsi məsələsini gündəmə gətirib. Bununla bağlı onlar tərəfindən hazırlanan müvafiq qanun layihəsi ABŞ Senatına təqdim edilib. Sənəddə Rusiyanın növbəti dəfə beynəlxalq hüquq normalarını açıq şəkildə pozması qeyd edilərək Navalnının zəhərlənməsində iştirak edən Rusiya rəsmilərinə qarşı sanksiyaların tətbiq olunması nəzərdə tutulur. Rusiyaya qarşı Navalnı işinə görə sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsi respublikaçı senatorlar Marko Rubio, Mitt Romni, habelə demokratlar Kris Kuns, Ben Kardin və Kris Van Hollen tərəfindən dəstəklənib.

Sənədin yaxın günlərdə Senatda müzakirəyə çıxarılacağı gözlənilir.

Oxuməni.az