Rusiya münaqişəyə son qoymaq üçün əlindən gələni əsirgəməyəcək

Rusiya münaqişəyə son qoymaq üçün əlindən gələni əsirgəməyəcək

23 Sentyabr 10:51
385
Bəyəndim (3) Bəyənmədim (0)

Düşünürəm ki, yalnız regional məsələlərdə deyil, qlobal gündəmdəki məsələlərin həllində də Rusiyanın mövcud rolundan danışmağa ehtiyac yoxdur. Biz ümid edirik ki, ATƏT-in Minsk qrupunun həmsədri olan və əvvəldən münaqişənin sülh yolu ilə həllinə çalışan Rusiya beynəlxalq siyasətdə öz nüfuzundan istifadə edəcək və uzun illər davam edən bu qarşıdurmaya son qoymaq üçün əlindən gələni əsirgəməyəcək.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu fikirləri Rusiyada rəsmi səfərdə olan Milli Məclisin sədri sentyabrın 23-də Rusiya Federal Məclisinin Federasiya Şurasında çıxışı zamanı deyib.

Spiker çıxışı zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri barədə danışaraq deyib:

“Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn tanınmış norma və prinsipləri, ilk növbədə dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında həllində dinc diplomatik səylərə daim sadiq qaldığını nümayiş etdirir. Təəssüf ki, Azərbaycan tərəfinin problemin sülh yolu ilə həlli istiqamətində bütün səyləri müxtəlif təxribatlara və hərbi ritorikaya üstünlük verən Ermənistan hakimiyyətinin qeyri-konstruktiv siyasəti nəticəsində puç olur. Məsələn, Azərbaycanın mülki obyektlərinə zərbələr endirilməsinə dair təhdidlərə necə qiymət vermək olar?

Bildirmək istəyirəm ki, Azərbaycan heç vaxt başqasının torpağına iddia etməyib. Azərbaycan xalqı özünün tarixi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç bir zaman imkan verməyəcək.”

Oxuməni.az