Ukrayna Lukaşenkoya xəyanət edib

Ukrayna Lukaşenkoya xəyanət edib

20 Sentyabr 12:48
388
Bəyəndim (1) Bəyənmədim (0)

Ali Radanın deputatı, "Həyat üçün" fraksiyasından olan Yuri Zaqorodnı Belarusdakı vəziyyətə dair rəsmi Kiyevin mövqeyini tənqid edib. Oxuməni.az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, onun çıxışının press-relizi partiyanın saytında dərc olunub.
Siyasətçi qeyd edib ki, Prezident Aleksandr Lukaşenko qonşusunun NATO tərəfdarı olmasına baxmayaraq hər zaman Ukraynanı dəstəkləyib. Lakin Belarusdakı etirazlar zamanı Kiyev müxalifəti dəstəklədiyini bəyan edib

"Hakimiyyətimizin belə vəziyyətdə Belarusa qarşı qeyri-səmimi davranması insanda ikrah doğurur", – deyə Zaqorodnı bildirib.
Onun sözlərinə görə, Ukrayna iğtişaşlarda "mühüm rol" oynayıb. Məsələn, deputat bildirir ki, Belarus fəallarının bəziləri uzun illər onun ölkəsində hazırlıq keçib.

Oxuməni.az