Aİ noyabrın 5-dən Lukaşenkonu prezident kimi tanımayacaq

Aİ noyabrın 5-dən Lukaşenkonu prezident kimi tanımayacaq

20 Sentyabr 10:36
386
Bəyəndim (1) Bəyənmədim (0)


Avropa Parlamenti müxalifətin əlaqələndirmə Şurasının Belarusun "xalqın müvəqqəti nümayəndəsi" kimi tanınmasına dair qətnamə dərc edib və yeni prezident seçkilərinin keçirilməsini dəstəkləyib.

Oxuməni.az-ın rosbalt-a istinadən verdiyi xəbərə görə, sənəddə bildirilir ki, Brüssel Aleksandr Lukaşenkonun qalib gəldiyi avqustun 9-da keçirilmiş seçkinin nəticələrini tanımır.

Bununla əlaqədar, Aİ Lukaşenkoya noyabrın 5-dən legitim dövlət başçısı kimi baxmayacaq.

"Avtoritar lider Aleksandr Lukaşenkonun səlahiyyət müddəti bitdikdə parlament artıq onu ölkə prezidenti kimi tanımayacaq", — deyə qətnamədə bildirilir.

Oxuməni.az