Sərrac Liviyada hər iki tərəfin razılığı ilə seçkilər keçirilərsə istefa verəcək

Sərrac Liviyada hər iki tərəfin razılığı ilə seçkilər keçirilərsə istefa verəcək

17 Sentyabr 2020 10:33
Bəyəndim (3) Bəyənmədim (0)

Sərrac Liviyada hər iki tərəfin razılığı ilə seçkilər keçirilərsə, fədakarlıq edərək istefa verəcəyini deyib.

Oxuməni.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Liviya Baş naziri Fayez Sərracın istefa qərarına münasibət bildirərkən deyib.

“Sərracın köməkçisi ilə danışdım. Sərrac Liviyada hər iki tərəfin razılığı ilə seçkilər keçirilərsə, fədakarlıq edərək istefa verəcəyini deyib. Əks təqdirdə bu gün istefadan söhbət gedə bilməz”, - Çavuşoğlu bildirib.

Qeyd edək ki, Sərrac oktyabrın sonunda vəzifəsindən getməyə hazır olduğunu bəyan edib.

Murad

Oxuməni.az