Yunanıstana dəstək verəcəyik, Türkiyə isə çətin tərəfdaşdır

Yunanıstana dəstək verəcəyik, Türkiyə isə çətin tərəfdaşdır

16 Sentyabr 2020 14:44
Bəyəndim (3) Bəyənmədim (0)

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bir illik fəaliyyəti zamanı ona göstərilən etimada görə təşəkkür edib.

Oxuməni.az-ın Euronevvs-ə istinadən verdiyi xəbərə görə, Avropa Komissiyasının sədri son bir ilin Avropa da daxil olmaqla dünyanın bütün ölkələri üçün çətin keçdiyini, miqrant, koronavirus problemləri və Aralıq dənizindəki gərginliklərlə üz-üzə qaldığını bildirib. Aralıq dənizindəki gərginliklə bağlı məsələyə diqqəti cəlb edən Ursula fon der Lyayen Yunanıstanın Avropa Birliyinin cənub sərhəddində yerləşən strateji ölkə olduğunu və onlara dəstək verməkdə davam edəcəklərini deyib. Avropa Komissiyası rəhbəri Türkiyənin Aralıq dənizindəki fəaliyyətinə də toxunaraq bölgədə yaranan gərginliyin aradan qaldırılmasının vacibliyini söyləyib. Türkiyəni çətin tərəfdaş adlandıran Ursula fon der Lyayen eyni zamanda adıçəkilən ölkənin Aralıq dənizində neft-qaz axtarışları aparan gəmisini bölgədən çıxarmasını xoş addım kimi dəyərləndirərək bunun problemin danışıqlar yolu ilə həllinə imkan verəcəyinə ümid etdiyini bildirib.

Oxuməni.az