Usama Bin Laden 11 sentyabrda harada idi?

Usama Bin Laden 11 sentyabrda harada idi?

25 Aprel 2011 12:03
1 050
Bəyəndim (0) Bəyənmədim (0)
"Wikileaks"ın yeni bombası

"Wikileaks"ın yeni sənədləri 11 sentyabr hücumlarından bəhs edir. Gerçəkləşdirilən hücum zamanı Əl-Qaidə liderlərinin hansı ölkədə olduqları ortaya çıxdı.


"Wikileaks" sənədlərinə görə, 11 sentyabr hücumlarında Əl-Qaidənin rəhbər heyəti Pakistanın Karaçi şəhərində toplaşmışdı. Onlar hücumla bağlı inkişafları yalnız televiziyadan izləyirdilər. Hücumdan bir gün sonra Əfqanıstana qayıdan lider heyət daha sonra müharibənin detallarını müzakirə etdi. Saytın ələ keçirdiyi kəşfiyyat sənədlərinin qaynağı isə Quantanamodakı Əl-Qaidə üzvü olan məhkumlardan alınan ifadələrdir. Sənədlərə görə, Usama hücumlardan 4 gün əvvəl Kandaharı ziyarət edib. Hücumdan sonra da Bin Laden və Əl Zevari üç ay ərzində Əfqanıstanda avtomobillə yerlərini tez-tez dəyişiblər.


"Vaşinqton Post"un xəbərinə görə, Bin Laden hücum sonrası tutulma qorxusu ilə gizlənmiş, daha sonra isə Əl Zevari ilə Kabildəki evdə yaşamışdır. Terror "atasının" Tora-bordakı mağaraya isə 2001-in noyabr ayından "köçdüyü" sənədlərdə ifadə edilir.


Əgər "Wikileaks" nəyisə bilirsə, demək, ABŞ kəşfiyyatı çoxdan bilir. Bu isə onu deməyə əsas verir ki, 1 nömrəli terrorist elə ABŞ-ın öz agentidir.


Günel Həbib


O.M.