Yaponiya hökuməti Rusiya ilə sülh müqaviləsinin bağlanması üçün mövcud imkanlardan istifadə edəcək

Yaponiya hökuməti Rusiya ilə sülh müqaviləsinin bağlanması üçün mövcud imkanlardan istifadə edəcək

16 Sentyabr 2020 10:35
Bəyəndim (2) Bəyənmədim (0)

Yaponiya hökuməti Rusiya ilə müxtəlif sahələrdə, o cümlədən sülh müqaviləsinin bağlanması məsələsində münasibətlərin inkişafına köklənib.

Oxuməni.az-ın russian.rt-yə istinadən verdiyi xəbərə görə, bununla belə Yaponiya XİN-də məsələ ilə bağlı hər hansı proqnoz verməkdən çəkiniblər. XİN rəsmiləri yalnız qeyd ediblər ki, Yaponiya hökuməti milli maraqlara əsaslanaraq Rusiya ilə sülh müqaviləsinin bağlanması niyyətindədir.

Xatırladaq ki, avqustun sonunda Yaponiyanın Baş naziri Şinzo Abe sağlamlıq vəziyyətinə görə istefa verib.

Sentyabrın 16-da isə Yaponiya parlamenti Yoşihide Suqanı Yeni Baş nazir kimi təsdiq edib.

Oxuməni.az