Bayden  BƏƏ və Bəhreyn-İsrail münasibətlərinin inkişaf etdirilməsinə dəstək verəcəyini vəd edib

Bayden BƏƏ və Bəhreyn-İsrail münasibətlərinin inkişaf etdirilməsinə dəstək verəcəyini vəd edib

16 Sentyabr 2020 09:58
Bəyəndim (2) Bəyənmədim (0)

Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd Cozef Bayden seçiləcəyi təqdirdə, İsrail, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn arasında münasibətlərin normallaşdırılmasına dair razılaşmaya daha böyük səviyyədə dəstək verəcəyini vəd edib.

Oxuməni.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Baydenin saytında yerləşdirilmiş bəyanatda deyilir.

Bayden yəhudi dövləti ilə münasibətlərin normallaşdırılması üzrə BƏƏ və Bəhreynin addımlarını müsbət qarşılayıb. "Yaxın Şərqdə bəzi ərəb dövlətlərinin İsraili qəbul etməsi və hətta onunla tərəfdaş kimi əlaqələr qurması yaxşıdır. Bayden Administrasiyası digər dövlətləri də bundan nümunə götürməyə çağıracaq və regionda uzunmüddətli sabitliyin və sülhün əldə edilməsinə bütün vasitələrdən istifadə etməklə dəstək verəcək", - deyə o qeyd edib.

Oxuməni.az