Aİ-də üç laboratoriya Navalnının analizlərində "Noviçok"aşkar edildiyini  təsdiqləyib

Aİ-də üç laboratoriya Navalnının analizlərində "Noviçok"aşkar edildiyini təsdiqləyib

14 Sentyabr 2020 14:39
Bəyəndim (2) Bəyənmədim (0)

Almaniya hökuməti Avropa tərəfdaşlarından Aleksey Navalnıdan götürülmüş nümunələrinin yoxlanılmasını xahiş edib.

Oxuməni.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, xahişə uyğun olaraq Fransa və İsveçdə üç müstəqil laboratoriya Navalnıdan götürülən analiz nümunələrini yoxlayıb. Yoxlamaların nəticəsində Navalnının analizlərində "Noviçok" izləri tapılıb. Bununla bağlı Almaniya Nazirlər Kabineti bu gün müvafiq bəyanat yayıb.

"AFR hökuməti Fransa və İsveçlə birlikdə digər avropalı tərəfdaşlardan Navalnıdan götürülən analizləri müstəqil şəkildə yenidən yoxlamalarını xahiş edib. Fransa və İsveçdə xüsusi laboratoriyalar tərəfindən aparılmış bu yoxlamanın nəticələri var və onlar Almaniyanın məlumatlarını təsdiqləyirlər", - deyə mətndə qeyd olunur.

Oxuməni.az