Suriyada yaralanan rus hərbçisi Moskvada hospitalda ölüb

Suriyada yaralanan rus hərbçisi Moskvada hospitalda ölüb

13 Sentyabr 2020 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 18-də Suriyada kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə salınması nəticəsində konvoyu müşayiət edərkən ağır yaralanan serjant Mixail Milşin Moskvada yerləşən hərbi hospitalda dünyasını dəyişib.

Oxuməni.az xəbər verir ki, bu barədə tibbi mənbələrdən bildirilib.

Qeyd edilib ki, əvvəlcə Burdenko xəstəxanasına yerləşdirilən serjant səhhətilə əlaqədar köçürüldüyü Vişnevski hərbi hospitalda dünyasını dəyişib.

Oxuməni.az