İctimai Palata (İP) Bakının mərkəzində razılaşdırılmamış etiraz aksiyası keçirməyə cəhd göstərdi

İctimai Palata (İP) Bakının mərkəzində razılaşdırılmamış etiraz aksiyası keçirməyə cəhd göstərdi

7 May 2012 12:44
605
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün İP üzvləri iki istiqamətdən Bakı Şəhər İcra Hakimiyyətinə binasına doğru yürüş ediblər. Polis bina qarşısında şüarlar səsləndirən aksiya iştirakçılarını ərazidən uzaqlaşdırmağa çalışıb. İP üzvləri Fəvvarələr meydanına doğru hərəkət edib, Gənclər meydanında toplaşıblar. Burada aksiyaçılar həbsdə olan İP üzvlərinin azadlığa buraxılmasını, bir müddət əvvəl saxlanılan Oqtay Gülalıyevin barəsində çıxarılan həbs-qətimkan tədbirinin ləğv olunması tələb ediblər. Aksiyada "Azad seçki!", "Sərbəst toplaşmaq azadlığı təmin olunsun!" şüarlar səsləndirilib.
Daha sonra Müsavat başqanının müavini Tofiq Yaqublu aksiyanın qətnaməsini oxuyub. O, qətnaməni oxuduqdan sonra aksiyanın başa çatdığını deyib, aksiya iştirakçılarından ərazini tərk etmələrini xahiş edib. Buna baxmayaraq, aksiya iştirakçıları şüarlar səsləndirərək İstiqlaliyyət küçəsinə doğru yürüş etməyə cəhd ediblər. Polis onları ərazidən uzaqlaşdırıb. Aksiyada saxlanan olmayıb.
Qeyd edək ki, İP mayın 6-na təyin etdiyi aksiyaya istədikləri yerdə şərait yaradılmadığına etiraz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında piket keçirmək barədə qərar qəbul edib.

O.M.