Rusiya bu ölkəyə yeni səfir təyin etdi

Rusiya bu ölkəyə yeni səfir təyin etdi

14 Avqust 14:41
2 444
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya Prezidenti Vladimir Putin Aleksandr Rudakovu ölkənin Livandakı fövqəladə və səlahiyyətli səfiri təyin edib.

Oxuməni.az-ın məlumatına görə, bu barədə müvafiq fərman imzalanıb.

Digər fərmanla Aleksandr Zasıpkin Rusiyanın Livandakı səfiri vəzifəsindən azad edilib.

Xatırladaq ki, avqustun 4-də Livanın paytaxtı Beyrut limanında güclü partlayış baş vermişdi. Partlayış nəticəsində 170-dən çox şəxs həlak olmuş, 5 mindən çox şəxs yaralanmışdı.

Oxuməni.az