Rəsmi Bakı Pakistanı təbrik etdi
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Oxuməni.az xəbər verir ki, təbrik mətni XİN-in rəsmi Tvitter səhifəsində yer alıb.
“Pakistan İslam Respublikasını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik. Azərbaycan və Pakistanın güclü dostluq və tərəfdaşlıq münasibətləri var. Bu əlamətdar gündə qardaş Pakistan xalqına cansağlığı, sülh və firavanlıq diləyirik”, - təbrikdə bildirilib.
Oxuməni.az
Digər xəbərlər