Livan parlamentinin 7 deputatı istefa verdi

Livan parlamentinin 7 deputatı istefa verdi

13 Avqust 16:28
2 368
Bəyəndim (1) Bəyənmədim (0)

Livan parlamenti yeddi deputatın istefa ərizəsini qəbul edib.

Oxuməni.az xəbər verir ki, daha əvvəl parlamentin 8 üzvü istefasını açıqlayıb, sonra onlardan biri ərizəsini geri götürüb.
Deputatların mənsub olduğu partiyalar və siyasi bloklar göstərilməyib.
Bundan əlavə, parlamentin iclasında paytaxt limanındakı partlayışdan sonra Livan hökuməti tərəfindən Beyrutda elan edilən fövqəladə vəziyyət rejiminin tətbiq olunması təsdiqlənib.
Xatırladaq ki, avqustun 4-də Beyrut limanındakı anbarda güclü partlayış baş verib. Hadisə nəticəsində 300 mindən çox insan evsiz qalıb, 171 nəfər ölüb, 6 minə yaxın insan yaralanıb, onlarla sakinin itkin düşdüyü bildirilir.
Livan Daxili İşlər Nazirliyinin məlumatına görə, faciəyə səbəb qaynaq işləri zamanı altı il əvvəl gömrük xidmətləri tərəfindən müsadirə edilmiş 2,7 min tondan çox ammonium nitratın alovlanması olub.

Oxuməni.az