Zelenski Belarusdakı etirazlara münasibət bildirdi

Zelenski Belarusdakı etirazlara münasibət bildirdi

10 Avqust 11:47
4 452
Bəyəndim (28) Bəyənmədim (0)

Ukrayna lideri Vladimir Zelenski Belarusiyada prezident seçkiləri fonunda baş verən etirazlara münasibət bildirib.

Oxuməni.az Russian.rt.com-a istinadən xəbər verir ki, Zelenskinin bəyanatı onun Telegram kanalında dərc edilib.

"Artıq aydındır ki, ölkədə heç də hamı seçkinin ilkin nəticələri ilə razılaşmır. Məlum olduğu kimi, istənilən legitimlik yalnız ictimai etibardan yaranır", — deyə o bəyan edib.

Onun sözlərinə görə, Ukrayna Belarusu "maksimum tolerantlıq, dözümlülük və küçə zorakılığından imtina etməyə" çağırır.

"Biz mümkün qədər açıq, mürəkkəb olsa da, dialoqa çağırırıq. Çünki yalnız geniş dialoq Belarus Respublikasının vətəndaşlarının çətin böhran vəziyyətindən çıxmasını təmin etməyə, ictimai qarşılıqlı fəaliyyətin gələcək addımlarını və formatlarını dürüst müzakirə etməyə imkan verəcək", — deyə Zelenski bildirib.

Oxuməni.az