Lukaşenkonu Krıma dəvət etdilər

Lukaşenkonu Krıma dəvət etdilər

7 Avqust 11:18
1 907
Bəyəndim (36) Bəyənmədim (3)

Krımda yaşayan belaruslar Belarus Prezidenti Aleksandr Lukaşenkonu yarımadaya rəsmi səfərə və buranın Rusiya statusunu tanımağa dəvət edib.

Oxuməni.az xəbər verir ki, bu barədə Krım belarusları regional milli-mədəni muxtariyyətinin rəhbəri Roman Çeqrines danışıb.

“Məncə, Lukaşenko 2014-cü ildə Krımda baş verənləri və ümumiyyətlə, Krımın nə olduğunu tam anlamır. Onu Krıma dəvət edirəm. Burada onunla danışıb hər şeyin həqiqətən necə baş verdiyini göstərəcəyik. Qoy o, möhtəşəm Qara dənizdə çimsin, cənub günəşimizin altında gəzsin, bir qədəh gözəl Krım şərabı içsin və bütün Krım belaruslarının ondan nə gözlədiyini söyləsin. Krım bizimdir - rusların!” - Çerqines deyib.

Oxuməni.az