Lavrov nüvə müharibəsi riskinin aradan qaldırılmasının vacibliyini bəyan edib

Lavrov nüvə müharibəsi riskinin aradan qaldırılmasının vacibliyini bəyan edib

6 Avqust 2020 11:50
Bəyəndim (5) Bəyənmədim (15)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov nüvə dövlətləri arasında hərbi toqquşmaların baş verməsi riskinin aradan qaldırılmasının vacibliyini bəyan edib.

Oxuməni.az Russian.rt.com-a istinadən xəbər verir ki, bu barədə onun Xirosimada atom bombasının 75-ci ildönümü münasibətilə keçirilən xatirə mərasiminin iştirakçılarına müraciətində deyilir.

"Nüvə fövqəldövlətləri arasında hərbi toqquşmaların baş verməsi riskini və nüvə müharibəsinin mümkünlüyünü istisna etmək lazımdır. Biz bütün nüvə dövlətlərinə bu postulata sadiqliyini rəsmən təsdiqləməyi təklif edirik", — deyə Rusiya XİN-in saytında müraciətin mətnində qeyd olunub.

Nazir qeyd edib ki, bu gün Rusiya Beynəlxalq silahlara nəzarət sisteminin deqradasiyasını böyük narahatlıqla müşahidə edir.

O, həmçinin Hiroşima və Naqasakinin atom bombası kimi faciələrin təkrarlanmasının yolverilməz olduğunu bildirib.

Bundan əvvəl BMT-nin Baş katibi Antoni Guterreş ABŞ-ın Xirosima atom bombasının 75-ci ildönümü günündə dünyanı nüvə silahından imtina etməyə çağırıb.

Oxuməni.az