Ukrayna MDB-nin növbəti sazişindən çıxıb

Ukrayna MDB-nin növbəti sazişindən çıxıb

5 Avqust 2020 16:42
Bəyəndim (2) Bəyənmədim (0)

Ukrayna hökuməti Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin sərhəd qoşunlarının elmi-tədqiqat fəaliyyəti məsələləri üzrə əməkdaşlığı haqqında sazişdən çıxmağı qərara almışdır.
Oxuməni.az
Rian.ru-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bu qərarı müzakirəsiz iclasda qəbul edib.
Kiyev Rusiya və MDB ilə sazişlərin auditini davam etdirir. Belə ki, Ukraynanın xarici işlər nazirinin müavini Vasili Bodnar iyunun 22-də bəyan edib ki, Donbasda münaqişə başlanmazdan əvvəl 453 saziş fəaliyyət göstərib, onlardan 300-ə yaxınını qüvvədə saxlayır.
O əlavə edib ki, hakimiyyət sazişlərin pozulması məsələsində "radikal-emosional" addımlar atmır, çünki bu, Rusiyada yaşayan ukraynalılara zərər verə bilər.
Diplomatın sözlərinə görə, razılaşmaların dağıdılması zamanı sənədlərin şərhinin ikiqat olmaması üçün bütün prosedurlara riayət etmək lazımdır.

Oxuməni.az