Moldova Prezidenti Rusiyaya səfər edib

Moldova Prezidenti Rusiyaya səfər edib

4 Avqust 2020 15:12
Bəyəndim (0) Bəyənmədim (0)

Moldova Prezidenti İqor Dodon Moskvaya səfər edib.

Oxuməni.az-ın xəbərinə görə, bu barədə Prezident Dodon rəsmi "Facebook" səhifəsində məlumat verib.

"Mən Moskvaya qısa işgüzar səfərə gəldim. Burada Rusiya rəsmiləri ilə görüşmək və onlarla qarşılıqlı maraq doğuran bütün sahələrdə, o cümlədən Moldova-Rusiya əməkdaşlığının intensivləşməsi və dərinləşməsini müzakirə etmək niyyətindəyəm", - deyə İqor Dodon qeyd edib.

Moldova Prezidenti iqtisadi əməkdaşlıq, ölkəsinin mallarının Rusiya bazarına ixracının sadələşdirilməsi, Rusiyadan 200 milyon avro kreditin alınması ilə bağlı danışıqların bərpa edilməsi, Rusiyadakı Moldova diasporuna dəstək mövzularında müzakirələr aparacağını əlavə edib.

Qeyd edək ki, mayın 7-də Moldova Konstitusiya Məhkəməsi respublikanın Rusiya Federasiyasından 200 milyon avro məbləğində kredit almasına dair razılaşmanı konstitusiyaya zidd elan edib.

Bir müddət öncə isə ölkənin Baş nazir İon Kiku bildirib ki, hakimiyyət Kreml ilə maliyyə dəstəyi barədə danışıqları bərpa etmək niyyətindədir.

Oxuməni.az