Rusiya Abxaziya ilə sərhədi açır

Rusiya Abxaziya ilə sərhədi açır

1 Avqust 2020 07:00
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya avqustun 1-dən Abxaziya ilə sərhədi açır.

Oxuməni.az-ın RİA" Novosti "yə istinadən verdiyi xəbərə görə, bu barədə koronavirusun yayılmasına qarşı mübarizə üzrə əməliyyat Qərargahından məlumat verilib.

"İclasın yekunlarına görə, 1 avqust 2020 - ci il tarixindən Rusiya Federasiyasının Abxaziya Respublikası ilə dövlət sərhədinin açılması barədə qərar qəbul edilib", - deyə qərarda qeyd edilib.

Söhbət ölkələr arasında sərnişin əlaqəsindən gedir.

Daha əvvəl Rusiya Baş nazirinin müavini Tatyana Qolikova bildirib ki, ruslar avqustun 1-dən Böyük Britaniya, Türkiyə və Tanzaniyaya gedə biləcəklər. Uçuşlar Moskva, Moskva vilayəti, Peterburq və Rostov-on-Don hava limanlarından həyata keçiriləcəkdir.

Oxuməni.az