Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək

Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək

31 İyul 2020 18:04
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclisin sədri Sahibə Qafarova qanunverici orqanın növbədənkənar sessiyasının keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb.

Oxuməni.az xəbər verir ki, parlamentin 59 deputatı Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə əsasən, növbədənkənar sessiyanın çağırılmasını tələb edib.

Bu tələbi nəzərə alan S.Qafarova avqustun 4-də qanunverici orqanın növbədənkənar sessiyasının keçirilməsi haqqında sərəncam imzalayıb.

Oxuməni.az