Birgə hərbi təlimlər Türkiyədə diqqət mərkəzindədir

Birgə hərbi təlimlər Türkiyədə diqqət mərkəzindədir

31 İyul 2020 05:24
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq hər iki dövlətin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılır.

Oxuməni.az xəbər verir ki, türkdilli tamaşaçılar və oxucular üçün yayımlanan məlumatlarda Türkiyə Silahlı Qüvvələrinin təlimlərdə iştirak edən birliklərinin Azərbaycanda böyük təntənə ilə qarşılandığı qeyd olunub. Həmçinin hərbi birləşmələrin qarşılanma mərasimi və təlimlərin gedişi ilə bağlı geniş videomateriallar və fotolar yayılır. İki qardaş ölkə arasındakı hərbi müttəfiqlik tanınmış ekspertlər tərəfindən də şərh edilməkdədir.

Sözügedən məlumatlar Anadolu Agentliyi, TRT HABER, A HABER, TRT AVAZ, HABER TÜRK, CNN TÜRK, BENGÜ TÜRK televiziya kanalları, “Təqvim”, “Yaşil İğdır”, “15 Temmuz”, “Milliyət”, “Sözçü” qəzetləri, o cümlədən əyalətlərdə fəaliyyət göstərən onlarla mətbuat orqanı tərəfindən davamlı olaraq yenilənir.

Oxuməni.az