Almaniya tarixin ən pis tənəzzülü ilə üz-üzə..

Almaniya tarixin ən pis tənəzzülü ilə üz-üzə..

30 İyul 17:00
2 944
Bəyəndim (0) Bəyənmədim (0)

Koronavirus epidemiyası nəticəsində iqtisadi tarazlıq pozulub. Almaniya iqtisadiyyatı ilin ikinci rübündə 10,1 faizlik rekord azalma ilə üzləşib.

Oxuməni.az xəbər verir ki, məlumatı Almaniyanın Federal Statistika İdarəsi yayıb.

İdarənin məlumatına görə, bu, 1970-ci ildən bəri rüblük artım məlumatlarının qeyd olunmağa başladığı dövrdən ən pis eniş sayılır.

İlkin məlumata əsasən, COVID-19-un yayılması səbəbiylə ev xərcləri, işgüzar investisiyalar və ixracat azalıb. Nəticədə ilin ikinci rübündə Almaniya iqtisadiyyatının həcmi 10.1% daralıb.

Bildirilir ki, Almaniya iqtisadiyyatı aprel-iyun aylarında əvvəlki ilin eyni rübünə nisbətən 11,7% azalıb.

Analitiklər mövsümi olaraq düzəldilmiş daralmanın rüblük əsasda 9%, illik bazada 11.3% olacağını proqnozlaşdırmışdı. 2020-ci ilə dair proqnozlarını hökumətə açıqlayan iqtisadiyyat və enerji naziri Peter Altmayer Federal Almaniyanın tarixin ən pis tənəzzülünü yaşadığına dair siqnal vermişdi.

Oxuməni.az