Makron Liviyada münaqişənin həlli üçün sanksiyalar tətbiq etməyə çağırıb

Makron Liviyada münaqişənin həlli üçün sanksiyalar tətbiq etməyə çağırıb

23 İyul 2020 15:23
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa prezidenti Emmanuel Makron Liviyada münaqişəyə cəlb olunmuş fövqəldövlətlərə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Oxuməni.az Rian.ru-ya istinadən xəbər verir ki, onun fikrincə, bu cür tədbirlər vəziyyətin tənzimlənməsinə nail olmağa kömək edəcək.

"Biz heç bir xarici dövlətin silah tədarükünə embarqonu pozmasına imkan verə bilmərik. Avropa İttifaqının əməliyyatı IRİNİ AB-nin cavablarından biridir, lakin daha çox etibarlılığa nail olmaq üçün daha da gücləndirilməlidir. Daha bir mərhələ isə sanksiyaların tətbiqi olmalıdır. Bu, atəşkəsə nail olmaq və Liviya münaqişəsinin siyasi həllinə doğru əsl dinamika vermək üçün zəruri şərtdir", - deyə Kipr başçısı Nikos Anastasiadis bildirib.

Oxuməni.az