Baş nazirin müavini: Onların qanı yerdə qalmayacaq

Baş nazirin müavini: Onların qanı yerdə qalmayacaq

13 İyul 2020 14:20
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Ordusu, cəngavər əsgərlərimiz azğınlaşmış erməni quldurlarının Tovuz istiqamətində təmas xəttində təxribatlarının qarşısını qəhrəmancasına aldılar, düşmənə layiqincə cavab verdilər.

Oxuməni.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini, İcra katibi Əli Əhmədov Feysbuk səhifəsində yazıb.

O, qəhrəman döyüşçülərimizlə qürur duyduğunu bildirib:

“Vətən uğrunda həlak olan baş leytenant Rəşad Mahmudovla, çavuş Vüqar Sadıqovla, baş əsgər Elşad Məmmədovla və əsgər Xəyyam Daşdəmirovla qürur duyuruq. Onların qanının yerdə qalmayacağına əminik”.

Oxuməni.az