İran Xarici İşlər Nazirliyi azərbaycanlı hərbçilərin ölümünə görə təəssüfünü ifadə edib

İran Xarici İşlər Nazirliyi azərbaycanlı hərbçilərin ölümünə görə təəssüfünü ifadə edib

13 İyul 13:00
1 639
Bəyəndim (0) Bəyənmədim (0)

İran Azərbaycan və Ermənistan arasında baş verən silahlı qarşıdurma və azərbaycanlı hərbçilərin ölümünə görə təəssüfünü ifadə edir.

Oxuməni.az-ın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bu gün keçirilən mətbuat konfransında deyib.

A.Musəvinin sözlərinə görə, İran tərəfləri təmkinli olmağa və məsələləri, o cümlədən işğal olunmuş Dağlıq Qarabağ münaqişəsini müzakirələrlə həll etməyə çağırır:

“İran həm bu dəfə, həm də dəfələrlə bu münaqişənin dinc yolla həllində vasitəçilik etməyə hazır olduğunu bildirir”.

A.Musəvi əlavə edib ki, qonşu ölkələrlə ikitərəfli mexanizmlərin tapılmasına və əməkdaşlıqların davam etdirilməsinə səy göstərilir.

Oxuməni.az