Polşa Prezidenti seçkilərində Andjey Duda liderlik edir

Polşa Prezidenti seçkilərində Andjey Duda liderlik edir

13 İyul 2020 10:54
Bəyəndim (0) Bəyənmədim (0)

Seçki komissiyaları protokollarının 99,97%-nin hesablanmasının nəticələrinə görə Polşa Prezidenti seçkilərində Andjey Duda liderlik edir.

Oxuməni.az Rian.ru-ya istinadən xəbər verir ki, bu barədə bazar ertəsi keçirilən mətbuat konfransında ölkənin dövlət Seçki Komitəsinin rəhbəri Silvestr Marçinyak bildirib.

Polşa Prezidenti seçkilərinin ikinci turunda səsvermə ötən bazar günü keçirilib.

"Hələlik 9 protokol daxil olmayıb. Protokolların 27 222 dairəsi 99,97% təşkil edir ki, Andjey Dudaya seçicilərin 51,21% - i, Rafal Tşaskovskinin isə 48,79% - i səs verib", - deyə Marçinyak bildirib.

Marçinyak bildirib ki, mövcud qanunvericiliyə uyğun olaraq bütün dairə komissiyaları seçki məntəqələrinin bağlanmasından sonra 48 saat ərzində səsvermə protokollarını təqdim etməlidirlər. Səsvermə bazar günü saat 21.00-da (Moskva vaxtı ilə 22.00) başa çatıb.

Oxuməni.az